İsrail baş naziri Binyamin Netanyahu və Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman İordaniyada gizli görüş keçirib.
ÇıxışYolu.Com xəbər verir ki, bu haqda “Maariv” qəzeti məlumat yayıb.
Məlumata əsasən, Netanyahu və Salman paytaxt Əmmanda yerləşən kral sarayında bir araya gəlib.
Nəşr qeyd edir ki, Netanyahu və Salman arasında danışıqlar ABŞ prezidenti Donald Trampın müşaviri Cared Kuşnerin Əmmanda olduğu əsnada baş tutub.
Danışıqlara İordaniya kralı II Abdulla vasitəçilik edib.