İsrail baş naziri Binyamin Netanyahu yüksək temperatur və kəskin öskürmə diaqnozu ilə xəstəxanaya çatdırılıb.
ÇıxışYolu.Com xəbər verir ki, bu barədə “RİA Novosti” İsrail hökumət başçısının rəsmi nümayəndəsinə istinadən məlumat yayıb.
Netanyahunun iki həftə əvvəl tam olaraq müalicə etdirmədiyi soyuqdəymədən əziyyət çəkdiyi bildirilir.
“Onun yüksək temperaturu var və öskürür. Şəxsi həkimi xəstəxanaya getməsini və bir sıra müayinələrdən keçməsini məqsədəuyğun bildi” deyə agentliyin müsahibi bildirib.
Həkimlər 68 yaşlı baş nazirin həyatına hər hansı təhlükənin olmadığını açıqlayıb.
2009-cu ildən bəri İsrail hökumətinə başçılıq edən Netanyahu bundan əvvəl ayrı-ayrı illərdə sidik kisəsində daş, bağırsaq polipi, yırtıq, burun sinuslarının iltihabı, ayaq sınığı ilə bağlı xəstəxanaya yerləşdirilib.