İsrail hüquq-mühafizə orqanları baş nazir Binyamin Netanyahuya qarşı sui-qəsd hazırlayan terrorçu dəstəni Şərqi Qüdsdə zərərsizləşdirib.
ÇıxışYolu.Com xəbər verir ki, bununla bağlı “i24news” portalı məlumat yayıb.
Netanyahu ilə yanaşı, Qüds meri Nir Barkata qarşıda sui-qəsd planlaşdırılıbmış.
Qeyd edilib ki, qruplaşma Suriya ərazisindən idarə edilir. Silahlı dəstənin tərkibinə “Fələstinin Azadlığı Uğrunda Xalq Cəbhəsi” terror təşkilatının 3 üzvü daxil olub.