13c06d00-3e1a-46ce-8ce8-4b296aa80d41..jpg

“Netflix” tarixinin ən pis serialının adı açıqlanıb – VİDEO

Baxış sayı: 919 dəfə baxılıb.

“Netflix” tarixinin ən pis serialının adı açıqlanıb – VİDEO

“The Witcher” (“Cadugər”) serialının prikveli “Netflix” tarixindəki ən pis
serial sayılıb.

Bu “Rotten Tomatoes”da izləyicilərin reytinqindən məlum olub.

Belə ki, “Watch The Witcher: Blood Origin” serialı izləyicilərdən yalnız 8
faiz müsbət rəy alıb.

Şərhçilər serialın darıxdırıcı süjetini, zəif dialoqu və keyfiyyətsiz xüsusi
effektləri qeyd ediblər. İstifadəçilər həmçinin aktyorluğu aşağı qiymətləndirib
və şounun yaradıcılarını bacarıqsızlıqda ittiham ediblər. Onların fikrincə,
prikvel baş rolda Henry Kavilllə olan “The Witcher” teleserialından əhəmiyyətli
dərəcədə geri qalır.

“The Witcher” prikveli Mişel Yeo, Nathaniel Certis, Lenni Henry, Dilan Moran,
Ceykob Kollins-Levi və başqalarının rol aldığı mini serialdır. Filmin
premyerası dekabrın 25-də baş tutub. Yeni layihə orijinal seriyada təsvir
olunan hadisələrdən 1,2 min il əvvəl baş verənlərdən bəhs edir.

When in doubt, always team up with Michelle Yeoh!

The Witcher: Blood Origin is now on Netflix. pic.twitter.com/JUT7c6y5a6

— Netflix (@netflix) December 25, 2022

Mənbə: Lenta.ru

Source link