NETTY-2023 nominantları müəyyən edir, səsvermə başlayıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
NETTY Milli İnternet Mükafatının iştirakçılarının sırasından nominantların
seçim prosesi başlayıb. 1 dekabrdan 7 dekabradək müsabiqənin ekspert şurası
(şura hər əsas nominasiya və altnominasiya üzrə üç nominant seçir) və virtual
münsiflər heyəti (münsiflər heyəti yalnız “Virtual münsiflər heyətinin seçimi”
nominasiyasında iştirakçıların ümumi sayından cəmi üç nominantı seçir) öz
seçimlərini edəcək.
İnternet istifadəçilər də öz növbəsində sosial login vasitəsilə virtual
münsiflər heyəti qismində saytda qeydiyyatdan keçib nominantların seçiminə
təsir edə bilərlər.
Müsabiqədə qələbəyə iddia edən NETTY-2023-in nominantlarının yekun siyahısı 8
dekabr tarixində elan ediləcək.
Ekspert şurasının və virtual münsiflər heyətinin seçiminə əsaslanaraq, NETTY
Akademiyası final səsverməyə başlayacaq. Akademiya mövcud nominasiyaların hər
birində mükafatın qalibini müəyyən edəcək.
NETTY-2023 qalibləri rəsmi olaraq 18 dekabrda mükafatlandırmanın təntənəli
mərasimində elan edilirlər. Mərasimə mükafatın bütün nominantları dəvət
edilirlər.
2023-cü ildə NETTY çərçivəsində saytlar, tətbiqlər və sosial səhifələr
arasında resurslar aşağıdakı əsas nominasiyalar üzrə qiymətləndiriləcək:
• DÖVLƏT VƏ ELEKTRON HÖKUMƏT
• SOSİAL MƏSULİYYƏT VƏ CƏMİYYƏT
• BİZNES VƏ SAHİBKARLIQ
• MALİYYƏ, BANK VƏ FİNTECH
• E-TİCARƏT VƏ KOMMERSİYA
• ELM, TƏHSİL VƏ İNNOVASİYALAR
• SƏHİYYƏ, İDMAN VƏ TURİZM
• MƏLUMAT VƏ XƏBƏRLƏR
• MƏDƏNİYYƏT VƏ İNCƏSƏNƏT
Bu il mükafatı dəstəkləyən tərəfdaşlarımız:
Baş partnyor – “Nar”.
Eksklüziv partnyor – “AzInTelecom”.
Mükafatın rəsmi partnyorları: “SmartHost”, “Savalan” və “Renley”.
“Maliyyə, Bankçılıq və Fintech” nominasiyasının tərəfdaşı – “Simbrella”.
Layihənin informasiya partnyorları: Infocity.tech, Technote.az, Cixisyolu.com,
Media.Az, “Каспий” qəzeti, Baku.TV, Baku.ws, banks.az, “Gilavar” Foto Klubu,
“Baku Hit” FM, “Auto life Radio”, “Texnogid”, Tech.az.
Mükafatla əməkdaşlıq haqqında sualları [email protected]