“NETTY” partnyorları qalibləri mükafatlandıracaq - FOTO

“NETTY” partnyorları qalibləri mükafatlandıracaq – FOTO

Baxış sayı: 2. 221 dəfə baxılıb.

Müsabiqənin keçirilməsini dəstəkləyən təşkilat və şirkətlər bu il “NETTY”nin qalibləri üçün çox lazımlı və faydalı hədiyyələr hazırlayırlar.

Müsabiqənin keçirilməsi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, Mədəniyyət Nazirliyinin rəsmi dəstəyi ilə, həmçinin mükafatın baş partnyoru olan “NAR” və qızılı partnyor olan “AzInTelecom” Data Mərkəzinin köməyilə mümkün olub.

Qaliblər mükafatların və hədiyyələrin əhəmiyyətli sayını mükafatın rəsmi partnyorlarından alacaqlar: Şirkət-distribüter “Mi Mobile” şirkəti, “Carlsberg Azerbaijan” şirkəti, “BakuTel” sərgisi, “SmartHost” şirkəti, operator “KATV1”, “Golden Pay” şirkəti, “Renley.az” veb-agentliyi.

Pulsuz domenlərdən və müxtəlif internet-xidmətlərdən ən yeni yüksəktexnologiyalı avadanlıqlara qədər.

Ölkənin əsas KİV-inin diqqəti – mükafatın informasiya partnyorları: Infocity.az, CBC.az, Sputnik.az, Azpress.news, Media.az, Salamnews.orgDeJure.az saytları – iştirakçıların qələbəsini daha əhəmiyyətli edəcək.

Müsabiqə çərçivəsində bir neçə nominasiya şəxsi partnyorlarını tapdı, hansılar ki, qalibləri əlavə olaraq həvəsləndirəcəklər. Kosmetikanın və dəbdə olan aksessuarların Mağazası “BODYCARE” “Elektron ticarət” nominasiyasının qalibini təbrik edəcək, “İdman” nominasiyasında “Meshque” idman markası, “Şəxsi sayt” nominasiyasında Ilgar Gracie – Photographer məşhur fotoqraf.

Nominasiyaların partnyorlarının siyahısı artır. Mükafatla əməkdaşlıqlıq məsələləri üzrə info@netty.az ünvanına müraciət edin.

Xatırladırıq ki, müsabiqə çərçivəsində əhəmiyyətli veb-resursların, ən yaxşı Azərbaycan İT-layihələrin, informasiya texnologiyaları sahəsində qabaqcıl xadimlərin adları çəkilir. 
Texnologiyanın inkişafına və tərəqqisinə istiqamətləndirilmiş trendlər, innovasiyalar və proqressiv ideyalar qeyd olunur.

Qaliblər “İlin İT-Hadisəsi”, “Milli informasiya texnologiyalarının zənginləşdirilməsinə görə” “İlin Mobil proqramı”, “Facebook”un ən yaxşı səhifəsi”  “Ən yaxşı onlayn-videolayihə” kimi nominasiyalarda və ölkənin ən yaxşı veb-resurslarını müəyyən edən 12 nominasiyada  müəyyən ediləcəklər.

Səsvermənin başlanğıcına qədər müsabiqənin parçası olmaq üçün bir neçə variantınız var: iştirakçı, virtual münsiflər heyətinin üzvü, müsabiqənin eksperti.

“Virtual münsiflər heyəti” internet-istifadəçilərdən formalaşdırılır. 15 mayadək mükafatın saytında (www.netty.az) qeydiyyatdan keçmiş bütün istifadəçilər münsiflər heyətinin üzvü ola bilər və müsabiqə nominantlarının seçməsində iştirak edə bilər. Qeydiyyatdan keçməyə və qalib olmağa tələsin.

www.ÇıxışYolu.Com