Azərbaycanda “NETTY2018”-in Milli İnternet Mükafatı davam edir.
ÇıxışYolu.Com xəbər verir ki, müsabiqə çərçivəsində əhəmiyyətli veb-resursların, ən yaxşı Azərbaycan İT-layihələrin, informasiya texnologiyaları sahəsində qabaqcıl xadimlərin adları çəkilir.
Texnologiyanın inkişafına və tərəqqisinə istiqamətləndirilmiş trendlər, innovasiyalar və proqressiv ideyalar qeyd olunur.
Müsabiqə iştirakçılarının ərizə qəbulu, virtual münsiflər heyətinin və ekspert şurasının formalaşması 15 may 2018-ci il tarixədək www.netty.az saytında davam edəcək. Hazırda 100-dən artıq ərizə verilib.
Qaliblər “İlin İT-Hadisəsi”, “Milli informasiya texnologiyalarının zənginləşdirilməsinə görə” “İlin Mobil proqramı”, “Facebook”un ən yaxşı səhifəsi”, “Ən yaxşı onlayn videolayihə” kimi nominasiyalarda və ölkənin ən yaxşı veb-resurslarını müəyyən edən 12 nominasiyada müəyyən ediləcəklər.
Müsabiqədə necə iştirak etmək olar?
Səsvermənin başlanğıcına qədər müsabiqənin hissəsi olmaq üçün bir neçə variant var – iştirakçı olmaq, virtual münsiflər heyətinin üzvü, müsabiqənin eksperti.
“İştirakçılar” – mükafatın saytında öz layihələrini, proqramlarını, veb-resurslarını, sosial şəbəkələrdə səhifələrini qeydiyyatdan keçirmiş istifadəçilərdir. “Virtual münsiflər heyəti” internet-istifadəçilərdən formalaşdırılır.
15 mayadək mükafatın saytında qeydiyyatdan keçmiş bütün istifadəçilər münsiflər heyətinin üzvü ola bilər və müsabiqə nominantlarının seçməsində iştirak edə bilər. Qeydiyyatdan keçməyə və sevimli resursları dəstəkləməyə tələsin.
“Ekspert şurası” müsabiqənin təşkilat komitəsinin şəxsi dəvəti ilə formalaşdırılır və dizayn, proqramlaşma, marketinq, jurnalistika və digər sahələrdə mütəxəssis olan şəxslər tərəfindən təmsil olunur. Özünü ekspert hesab edirsiniz? Xülasənizi təşkilatçılara göndərin.
Qaliblər necə müəyyən edilir?
Birinci mərhələdə iştirakçılarin ümumi sayından nominantlar müəyyən olunur, ikinci mərhələdə isə qaliblər elan olunur.
Birinci mərhələ üçün “Virtual münsiflər heyəti” və “Ekspert şurası” cavabdehlik daşıyır. Virtual münsiflər heyəti “Virtual münsiflər heyətinin Seçimi” nominasiyasında müsabiqə iştirakçılarının ümumi sayından üç nominantı seçir. Ekspert şurası mövcud nominasiyalardan hər birində üç nominantı seçir.
İkinci mərhələ: səsvermə nəticəsində əldə edilmiş nominantların siyahısı “NETTY Akademiyası”nın müzakirəsinə ötürülür. “NETTY akademiyası” Azərbaycanın ictimai, dövlət və biznes-strukturlarda fəaliyyət göstərən nüfuzlu şəxsiyyətlərlə təmsil edilir. Akademiya mövcud nominasiyalardan hər birində mükafatın yeganə qalibini müəyyən edir.
Səsvermə nə vaxt başlayır?
Səsvermə 15 maydan 22 mayadək keçiriləcək. Bu dövrdə Ekspert şurası və Virtual münsiflər heyəti nominantlarının yekun siyahısını formalaşdırır.
22 mayda nominantlardan qaliblərin müəyyən edilməsi üçün öz səsverməsi “NETTY Akademiyası” başlayacaq.
Mükafatın nominantları və qalibləri nə əldə edirlər?
“NETTY2018” qalibləri təntənəli mükafatlandırma mərasimində rəsmi elan edilirlər. Bütün ölkədən maraqlı və proqressiv insanları toplayan unikal tədbirdir. Mərasimin keçirilməsi iyunun başlanğıcında nəzərdə tutulub.
Mərasimə mükafatın bütün nominantları dəvət olunur. Müsabiqənin əsas mükafatı olan NETTY heykəlciyi qaliblərə təqdim edilir, nominantlar müvafiq olan diplomları alırlar. Mükafatın çoxsaylı partnyorları faydalı hədiyyələri təqdim edirlər. KİV-in və internet-auditoriyaların diqqəti təmin olunur.
Cari ildə, müsabiqə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, Mədəniyyət Nazirliyinin rəsmi dəstəyi ilə keçirilir.
Mükafatın baş partnyoru – NAR şirkətidir.
Qızıl partnyor – Azintelecom şirkətinin Data Mərkəzidir.
Şirkət-distribütor “Mi Mobile” şirkəti, “Carlsberg Azerbaijan” şirkəti, “BakuTel” sərgisi, “SmartHost” şirkəti, operator “KATV1”, “Golden Pay” şirkəti, “DEJURE” layihəsi, “Renley.az” veb-agentliyi mükafatın partnyorları qismində çıxış edirlər.
Layihənin informasiya partnyorları: Infocity.az, CBC.az, Sputnik.az, Azpress.news, Media.az, Salamnews.org, DeJure.az saytları.
“NETTY” Azərbaycan Milli İnternet Mükafatı 2004-cü ildə təsis edilib. “NETTY” – Ümumdünya Şəbəkəsinin milli seqmentinin və ümumiyyətlə İT-bazarın inkişafı məqsədilə yaradılmış informasiya texnologiyalar sahəsində Azərbaycanın birinci peşəkar mükafatıdır. “NETTY” mükafatı Azərbaycanın ən yaxşı veb-layihələrini, informasiya texnologiyalar sahəsində mütərəqqi xadimləri üzə çıxarır.
Mükafatla baağlı əməkdaşlıq məsələləri üzrə info@netty.az ünvanına müraciət edə bilərsiniz.