NEWS.ru: “Paşinyan niyə Bakı ilə müharibə anonsunu verib?”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Ermənistanın baş naziri Nikol Paşinyan ötən həftəsonu Tavuş vilayətinin dörd
mübahisəli kəndinin qaytarılmayacağı təqdirdə Azərbaycanla müharibə təhlükəsi
elan edib.
Onun fikrincə, bu, Ermənistanın öz dinc gələcəyini təmin etməsi üçün yeganə
yoldur.
Mübahisəli kəndlərin narazı sakinləri etiraz əlaməti olaraq yaşayış
məntəqələrinə gedən yolları bağlayıblar.
NEWS.ru Cənubi Qafqazdakı mümkün müharibə təhlükəsilə bağlı material
hazırlayıb.
Məqalədə bildirilir ki, Azərbaycan anklavlarının qaytarılması məsələsi martın
9-da Rusiya, Azərbaycan və Ermənistan baş nazirlərinin müavinlərinin işçi
qrupunun görüşündən sonra aktuallaşıb.
“Azərbaycan hökumət başçısının müavini Şahin Mustafayeva bildirib ki,
Ermənistanla sərhədin delimitasiyası və demarkasiyası prosesi çərçivəsində “4
qeyri-eksklav kəndinin azad edilməsi məsələləri” həll olunmalıdır. Söhbət
Baqanıs Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı kəndlərindən gedir.
Bunlar anklav deyil, Ermənistanın 90-cı illərdə hərbi əməliyyatlar nəticəsində
işğal etdiyi sərhəd kəndləridir. Azərbaycan hakimiyyəti onların qaytarılmasını
tələb edir.
Ş.Mustafayev qeyd edib ki, Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası
prosesi çərçivəsində Yuxarı-Əskipara, Sofulu, Bərxudarlı və Kərki kimi eksklav
kəndlərin məsələsi də öz həllini tapmalıdır”.
Materialda azərbaycanlı, erməni və rusiyalı politoloqların məsələyə münasibəti
də əks olunur.