b4a558bd-4735-4de6-aec8-87e19f7d7f94..jpg

Neymar əməliyyat olunacaq – YENİLƏNİB + FOTO

Baxış sayı: 463 dəfə baxılıb.

Neymar əməliyyat olunacaq – YENİLƏNİB + FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Braziliya millisinin və Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubunun futbolçusu
Neymarın ayağındakı ön çarpaz bağı və meniskində yırtıq əmələ gəlib.

Bu barədə Braziliya Futbol Konfederasiyasının Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, hücumçu cərrahi əməliyyat keçirəcək.

Qeyd edək ki, Neymar 2026-cı il Dünya Çempionatının seçmə mərhələsi
çərçivəsində Uruqvay yığması ilə keçirilən oyunda (0:2) zədələnib.

Mənbə: TASS

18.10.2023, 09:22

Braziliya millisinin futbolçusu Neymar Cənubi Amerikada 2026-cı ildə
keçiriləcək dünya çempionatına vəsiqə qazanmaq uğrunda Uruqvaya qarşı keçirdiyi
oyunda ciddi zədə alaraq meydanı xərəkdə tərk edib.

31 yaşlı forvardın zədələnməsi birinci hissənin artırma dəqiqələrinə təsadüf
edib.

Futbolçu meydanı tərk edərkən gözyaşlarına hakim ola bilməyib.

Məlumat üçün əlavə edək ki, görüş 2:0 hesabı ilə Uruqvayın xeyrinə başa çatıb.

Beləliklə, Braziliya yığması dünya çempionatının seçmə turnirində ilk
məğlubiyyətini yaşayıb.

Mənbə: Sport-express

Source link