498d8d0f-4351-4c90-9607-653d6377dd80..jpg

Neymar “Bayern”ə qarşı oynayacaq?

Baxış sayı: 829 dəfə baxılıb.

Neymar “Bayern”ə qarşı oynayacaq?

PSJ-nin hücumçusu Neymar Çempionlar Liqasının 1/8 final mərhələsində
Almaniyanın “Bayern” klubuna qarşı cavab oyununu buraxacaq.

Bu barədə Paris təmsilçisinin baş məşqçisi Kristof Qaltye Liqa 1-də “Nant”la
matçdan öncə mətbuat konfransında məlumat verib:

“Neymar “Bayern”ə qarşı oynamayacaq. O, həmin görüşə hazır olmayacaq.
Heyətimiz çox geniş və kompaktdır. Neymarın yoxluğunda iki hücum oyunçusu ilə
çıxış edəcəyik. Onun yoxluğunun bizə zərər verməyəcəyini deyə bilmərəm. Bizim
üçün böyük itkidir”.

Neymar Münhen klubuna qarşı ilk oyunu da buraxıb. Martın 8-də keçiriləcək
“Bayern” – PSJ matçı Bakı vaxtı ilə gecə 00:00-da start götürəcək. İlk görüşdə
almanlar 1:0 hesabı ilə qalib gəliblər.

Mənbə: “Onefootball”

Source link