Neymar Braziliya millisinin tarixinə düşdü

Baxış sayı: 2. 402 dəfə baxılıb.

Neymar Braziliya millisinin tarixinə düşdü

Futbol üzrə Braziliya millisinin hücumçusu Neymar tarixi nəticəyə imza atıb.

ÇıxışYolu.Com xəbər verir ki, forvard yığma komandakı karyerası ərzində 60-cı qolunu vurub. Bu, Uruqvayla oyunda baş verib. Neymar braziliyalıların 1:0 hesabı ilə qalib gəldikləri matçda yeganə qolu penaltidən vurub.

Beləliklə də Neymar Braziliya millisinin heyətində bombardirlər siyahısında üçüncü pilləyə yüksəlib. Sıralamaya 77 qolla əfsanəvi Pele başçılıq edir, ikinci yerdə isə Ronaldodur (62).

www.ÇıxışYolu.Com