“PSJ” və Braziliya yığmasının oyunçusu Neymar azarkeşi vurduğu üçün məhkəməyə verilib.
“Lequipe” nəşrinin məlumatına əsasən, hadisə 2018/19 mövsümündə Fransa Kuboku uğrunda “Ren”lə görüşdə parislilərin məğlubiyyətindən sonra stadionda baş vermişdi.
İdmançı oyundan sonra arenada qalxan zaman onu mobil telefona çəkən azarkeşlərdən birinin çənəsinə yumruq zərbəsi endirmişdi.
Qeyd edək ki, bu hərəkətinə görə, Neymar Fransa Futbol Federasiyası tərəfindən cəzalandırılaraq qarşıda gələn üç oyundan kənarlaşdırılmışdı.