Neymar PSJ-dən həftəyə milyon tələb edir

Neymar PSJ-dən həftəyə milyon tələb edir

Baxış sayı: 2. 841 dəfə baxılıb.

“Pari Sen-Jermen”in və Braziliya yığmasının hücumçusu Neymar Fransada qalmağa hazırdır.

ÇıxışYolu.Com Lenta.ru-ya istinadla xəbər verir ki, 26 yaşlı braziliyalı həftəyə 1 milyon avrodan artıq məvacib almaq istəyir.

Hazırki müqaviləyə əsasən o, 750 min avro qazanır.

Oyunçunun təmsilçiləri PSJ prezidenti Nasser Əl-Həlaifinin Braziliyaya səfəri zamanı 2022-ci ilədək hesablanmış müqaviləyə yenidən baxılmasını istəyirlər.

Qeyd edək ki, braziliyalı hücumçu “Barselona”dan PSJ-ə 222 milyon avro qarşılığında keçib. Hazırki mövsümdə Neymarın aktivində 28 qol var.

www.ÇıxışYolu.Com