ed216e1a-2dd3-4a35-ab21-d5f06275c7f1..jpg

Neymar PSJ rəsmisinin sərt danışığına ondan da ağır cavab verdi

Baxış sayı: 914 dəfə baxılıb.

Neymar PSJ rəsmisinin sərt danışığına ondan da ağır cavab verdi

PSJ-nin braziliyalı hücumçusu Neymarla klubun idman müşaviri Luiş Kampuş
arasında baş verən davanın təfərrüatı məlum olub. Münaqişə parislilərin Fransa
çempionatında “Monako”ya1:3 hesabı ilə məğlub
olmasından sonra baş verib. Bu görüşdə qolları Aleksandr Qolovin, Vissam Ben
Yedder (dubl) və Zair-Emeri vurublar.

Kampuş soyunub-geyinmə otağında parislilərin oyunundan narazılığını bildirib,
bəzi oyunçuların ünvanına sərt danışıb. Bu vaxt Neymar Kampuşla portuqal
dilində mübahisə edib və ona deyib:

“Mənimlə danışmaq sənin işin deyil, sən mənim məşqçim deyilsən”.

Daha sonra braziliyalının özü Kampuşla mübahisə faktını təsdiqləyib.

Xatırladaq ki, daha əvvəl Kampuşun Neymardan yaxa qurtarmaq niyyətində olduğu
barədə məlumat yayılıb. Qış transfer pəncərəsində onun keçidi ilə bağlı
razılaşma tamamlanmayıb. Nəşrin məlumatına görə, klub hələ də
Messi-Mbappe-Neymar üçlüyündən bir nəfəri çıxarmağı gözləyir.

24 turdan sonra PSJ Fransa çempionatında ikinci yerdə qərarlaşan “Marsel”i beş
xal, üçüncü pillədə qərarlaşan “Monako”nu isə yeddi xal qabaqlayaraq birinci
yerdədir.

Mənbə: Get French Football News

Source link