“Əl-Hilal”ın hücumçusu Neymar Səudiyyə Ərəbistanı klubu ilə müqaviləsini
yeniləməyəcək.
Cixisyolu.com “Sport-ekspress”ə istinadən xəbər verir ki, 32 yaşlı braziliyalı
2025-ci ilin yayında azad agent kimi “Santos”a qayıdacaq.
Forvardın “Əl-Hilal”la müqaviləsi 2025-ci il iyunun 30-da başa çatır. O,
2023-cü ilin yayında PSJ-dən 90 milyon avroya Ər-Riyad klubuna keçib.
Braziliyalı zədə səbəbindən klubda cəmi 5 oyun keçirib, 1 qol vurub və 3
məhsuldar ötürmə edib.
Neymar 2013-cü ilə qədər oynadığı “Santos”un yetirməsidir. Braziliya klubunun
heyətində 225 matçda 136 qol vuran futbolçu 64 məhsuldar ötürmə edib.