Neymarı fikrindən döndərdilər

Neymarı fikrindən döndərdilər

Baxış sayı: 3. 058 dəfə baxılıb.

Fransanın “PSJ” kubunun yeni baş məşqçisi Tomas Tuxel Neymarı komandanı tərk etmək fikrindən daşındırıb.

ÇıxışYolu.Com xəbər verir ki, bu barədə tanınmış futbol jurnalisti Qilyerm Balaqe öz “Twitter” səhifəsində məlumat paylaşıb.

Neymar Fransada çempionatın səviyyəsindən və Parisdəki yaşayışdan narazı idi və karyerasını Madridin “Real” klubunda davam etdirməyi götür-qoy edirdi.

“Ancaq Tuxellə keçirdiyi “fantastik” görüşdən sonra, Neymar gələcəkdə PSJ-də qalacağına əmin oldu”, – deyə Balaqe yazır.

Bundan əvvəl yayılan xəbərə görə, kral klubunun prezidenti Florentino Peres Nemyarı 260 milyon avroya “Real”a transfer etməyi planlaşdırırdı.

.
www.ÇıxışYolu.Com