02e7a946-59a3-43e4-90eb-68a75839baf1..jpg

“Nezavisimaya qazeta” Qarabağ məsələsinin tam həll olunmasını ilin əsas hadisəsi hesab edib

Baxış sayı: 464 dəfə baxılıb.

“Nezavisimaya qazeta” Qarabağ məsələsinin tam həll olunmasını ilin əsas
hadisəsi hesab edib
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“2023-cü ildə 32 ildən bir qədər çox mövcud olmuş tanınmamış “DQR” (Qarabağda
qondarma separatçı qurum) tarixi başa çatıb. Böyük ölçüdə “ikinci erməni
dövləti”nin taleyi 2020-ci ildə 44 günlük müharibənin nəticələrinə görə həll
olunub. Məsələnin yekun həlli üçünsə daha bir neçə il lazım oldu”.

Bu barədə Rusiyanın “Nezavisimaya qazeta” nəşrinin ilin əsas hadisələri barədə
məqaləsində qeyd edilib. Müəllif Azərbaycanın Qarabağ məsələsini tam həll
etməsini ilin əsas beş hadisəsindən biri adlandırıb.

Məqalədə, həmçinin Azərbaycanın Qarabağ bölgəsindəki qondarma rejimin özünü
buraxdığını elan etməsi, 2024-cü il yanvarın 1-dən separatçı rejimin
mövcudluğuna xitam verilməsi barədə elanı və erməniəsilli sakinlərin Qarabağı
tərk etməsi barədə də məlumat verilib.

“Bakı Qarabağda onlarla erməninin qaldığını bildirir. Azərbaycanda dolğun
həyat sürmək üçün onlar Azərbaycan vətəndaşlığını qəbul etməli və respublikanın
bütün qanunlarına əməl etməlidirlər”, – deyə müəllif vurğulayıb.

Bundan əlavə, Ruben Vardanyan da daxil olmaqla, separatçı qurumun keçmiş
rəhbərlərinin həbsi də vurğulanıb.

“Onlar, həmçinin terrorizmi maliyyələşdirməkdə, qeyri-qanuni silahlı
birləşmələr yaratmaqda və müharibə aparmaqda ittiham olunurlar. Azərbaycan
qanunlarına görə, onları ömürlük həbs gözləyir.”

Müəllif İrəvanla Bakı arasında sülh müqaviləsinin imzalanması mövzusunda
söhbətlərin intensivləşdiyini bildirib və Azərbaycan Prezidenti İlham Əliyevin
qondarma separatçı rejimin ləğvi ilə sülhə son maneənin aradan qalxdığını
vurğulayıb.

O, məqaləsində dövlət başçısının sözlərini də sitat gətirib:

“Düşünürəm ki, sülh üçün alternativ yoxdur. Əgər sülh sazişi imzalanmasa, bu,
bütöv bölgə üçün çox pis olacaq. Biz istəyirik ki, Cənubi Qafqaz bölgəsində hər
hansı risk olmasın. Əlbəttə, biz istəyirik ki, Ermənistan nə bu gün, nə də
gələcəkdə ərazi bütövlüyümüzü sual altına qoymasın və Azərbaycana qarşı hər
hansı ərazi iddialarından tam əl çəksin”, – deyə İlham Əliyev vurğulayıb.

Bu arada Ermənistanın baş naziri Nikol Paşinyan 2016-cı ilin avqustunda
dördgünlük müharibədən sonra aparılan danışıqlardan sonra “DQR”in ləğvi
prosesinin qaçılmaz olduğunu bildirib.

BMT-nin baş katibi Antonio Quterreş Azərbaycan və Ermənistan
administrasiyalarının başçıları İlham Əliyevin və Nikol Paşinyan Cənubi
Qafqazda sülhün əldə edilməsi üçün tarixi fürsət haqqında birgə bəyanatını
alqışlayıb. Eyni zamanda, Bakı və İrəvan bunu bir-birinin suverenliyi və ərazi
bütövlüyü prinsiplərinə hörmət əsasında həyata keçirəcəklərini vəd ediblər.

İki ölkə prezidentləri bəyanatda qeyd ediblər ki, xoşməramlılıq əlaməti olaraq
Azərbaycan 32 erməni hərbçisini, Ermənistan isə iki azərbaycanlı hərbçini azad
edir. Mübadilə baş tutub”, – deyə müəllif qeyd edib.

Məqalədə yekunda bildirilirb ki, hər iki ölkə liderlərinin mətbuat xidmətləri
Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın baş naziri Nikol
Paşinyanın çoxdan gözlənilən sülhə nail olmaq üçün tarixi fürsətin ortaya
çıxması ilə bağlı fikirlərini bölüşdüklərinə əmin ediblər.

Source link