ae23871f-af07-456b-9481-992b5f39f3bb..jpg

Nicat Abasov İddiaçılar Turniri haqqında: Şəhriyarın burada olması mənə əlavə motivasiya verir

Baxış sayı: 344 dəfə baxılıb.

Nicat Abasov İddiaçılar Turniri haqqında: Şəhriyarın burada olması mənə əlavə
motivasiya verir
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Döyüşmək lazımdır. Şəhriyarın burada olması mənə əlavə motivasiya verir”.

Bunu Kanadanın Toronto şəhərində keçiriləcək İddiaçılar Turnirində iştirak
edən Nicat Abasov “ChessBase India” kanalına müsahibəsində deyib.

28 yaşlı qrosmeyster reytinqdə digər rəqiblərindən geridə olduğunu xatırladıb:

“Amma daha güclü rəqiblərə qarşı oynamaq həmişə maraqlıdır”.

Abasov onunla birlikdə Kanadaya yollanan Şəhriyar Məmmədyarov haqqında danışıb:

“O, pozitiv insan və çox yaxşı şahmatçıdır. Bu yarışda mübarizə aparan
idmançılardan biri ola bilərdi. Amma bu dəfə mənə kömək edir”.

Qeyd edək ki, yarış aprelin 22-də başa çatacaq. Səkkiz şahmatçının iki
dövrədən ibarət mübarizəsində birinci olan hazırkı dünya çempionu Dinq Lirenlə
(Çin ) Şahmat Tacı uğrunda oynamaq hüququ əldə edəcək. Azərbaycan təmsilçisi bu
gün ilk turda rusiyalı Yan Nepomnyaşi ilə üz-üzə gələcək.

Source link