90395503-a3f0-482f-9f87-73297f9e19e4..jpg

“Nicat Lənkəranski” ləqəbi ilə tanınan şəxsə neçə il həbs cəzası verildi? – VİDEO

Baxış sayı: 410 dəfə baxılıb.

“Nicat Lənkəranski” ləqəbi ilə tanınan şəxsə neçə il həbs cəzası verildi? –
VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Kriminal aləmdə “Nicat Lənkəranski” ləqəbi ilə tanınan Nicat Əkbərovun cinayət
işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

“Report”un məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əli
Məmmədovun sədrliyilə keçirilən prosesdə prokuror Eldar Həmzə ittiham nitqi ilə
çıxış edib.

Dövlət ittihamçısı N.Əkbərovun beş il müddətinə azadlıqdan məhrum edilməsini
istəyib.

N.Əkbərov bir il bir ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Nicat Lənkəranski Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi (
külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində
ittiham olunub.

Xatırladaq ki, Nicat Əkbərov digər cinayət işində zərərçəkmiş şəxs qismində
tanınıb.

Belə ki, bu ilin martında paytaxtın Nəsimi rayonu ərazisində Nicat
Lənkəranskiyə qarşı silahlı hücum olunmuşdu. Hadisəyə görə şübhəli şəxs
qismində Şahmar İsmayılov, Elvin Qasımov və Vüqar Quliyev saxlanılıb. İnsident
nəticəsində məsələyə aidiyyəti olmayan iki nəfər yaralanıb.


Source link