Niderland ilk “F-16” qırıcılarının Ukraynaya çatdırılmasını rəsmən təsdiqləyib.
Cixisyolu.com TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyinin
(MN) bəyanatında bildirilir.
“Çatdırılma üçün ixrac lisenziyası iyulun 1-də verilib. Bundan sonra vəd
edilən ilk “F-16″lar Ukraynaya təhvil verilib”, – MN qeyd edib.
Təhvil verilən qırıcıların sayı qeyd olunmayıb. Ümumilikdə Niderland Ukraynaya
24 təyyarə göndərəcəyini vəd edib.
Sənəddə, həmçinin bildirilir ki, Niderland Ukrayna üçün pilotsuz təyyarələrin
hərəkət planı üçün 400 milyon avro ayırıb. Onun çərçivəsində iki ölkə müasir
dronların hazırlanması və uğurlu prototiplərin istehsalını sürətləndirmək üçün
birgə işləyəcək. Bu vəsaitin demək olar ki yarısı Niderlandda qalacaq.
MN əlavə edib ki, bu günə qədər Ukraynaya hərbi yardımın ümumi həcmi 3,76
milyard avroya çatıb.