Niderlanddan “F-35”lərlə bağlı gözlənilməz AÇIQLAMA

Niderlanddan “F-35”lərlə bağlı gözlənilməz AÇIQLAMA

Baxış sayı: 2. 060 dəfə baxılıb.

Niderland Müdafdiə Nazirliyi “F-35” qırıcı təyyarəsinin mühərrikinin gözləniləndən daha tez sıradan çıxması barədə açıqlama verib.

“TRT Haber” məlumat verir ki, “zanbaqlar ölkəsi”ndəki bütün “F-35”lər araşdırılacaq.

Nazirliyin açıqlamasında qeyd edilir ki, mühərrikin xarab olmasına uçuş-eniş zolağı səthindəki aşınma nəticəsində tozun qalxması səbəb olur:

“F-35”-lərin “F-16”-lardan daha ağır mühərriki var və qalxış və eniş zamanı uçuş zolağı səthində daha çox aşınmaya səbəb olur”.