eba6105c-1075-4da6-9e2b-ad418c2493b6..jpg

Niderlandlı səyyah: “Azərbaycanlılar Qarabağın bərpası üçün böyük işlər görürlər”

Baxış sayı: 739 dəfə baxılıb.

Niderlandlı səyyah: “Azərbaycanlılar Qarabağın bərpası üçün böyük işlər
görürlər”

“Bu, mənim Azərbaycana ilk səfərimdir. İki gün ərzində burada bir çox şeyin
şahidi oldum. Qarabağ bölgəsi çox gözəldir. Buraya gəldiyim və bu əraziləri
gördüyüm üçün çox şadam”.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Qarabağda səfərdə olan niderlandlı səyyah
Hilo Terhorst ifadə edib.

Azad olunmuş ərazilərdə tikinti işlərinin həyata keçirildiyini, binaların
yenidən qurulduğunu vurğulayan səyyah deyib:

“Buradakı hər şey yeni səviyyəyə doğru irəliləyir. Azərbaycanlılar bu
ərazilərin bərpası üçün böyük işlər görürlər. Azərbaycana yenidən səfər etmək
niyyətindəyəm, çünki Bakını da görmək istəyirəm”.

Source link