Nielsen yenə azərbaycanlılarla albanların görüşünü idarə edəcək

Baxış sayı: 2. 509 dəfə baxılıb.

Nielsen yenə azərbaycanlılarla albanların görüşünü idarə edəcək

Futbol üzrə UEFA Millətlər Liqasının D divizionunda keçiriləcək Azərbaycan – Kosovo matçının hakimləri məlum olub.

ÇıxışYolu.Com xəbər verir ki, Bakı Olimpiya Stadionunda keçiriləcək qarşılaşmanı Norveçdən olan hakimlər briqadası idarə edəcək.

Qarşılaşmanın baş hakimi Ola Hober Nielsen olacaq. Ona Harald Qronevik, Oskar İsaksen və Simon İterland kömək edəcək. Espen Andreas Eskas və Tom Harald Haqen əlavə köməkçi hakim funksiyasını yerinə yetirəcəklər. 

Maraqlıdır ki, oyunun baş hakimi artıq bir dəfə albanlarla (Kosovonun əhalisi də etnik albanlardır – S.M.) azərbaycanlıların görüşünü idarə edib. Bu, Çempionlar Liqasının II təsnifat mərhələsinin bu ilin iyulun 25-də keçirilmiş “Kukesi” – “Qarabağ” oyunu olub. 0:0 başa çatmış həmin matçda norveçli referi əlini cibinə atmayıb.

Qeyd edək ki, sentyabrın 7-də keçiriləcək Azərbaycan – Kosovo matçı saat 20:00-da başlayacaq.

Səbuhi MUSAYEV
www.ÇıxışYolu.Com