345c210b-7182-432b-ad57-805e3f6672b7..jpg

Nifrətin dərəcəsi: Tom Kruzun “Oskar” mərasiminə qatılmamasının əsl səbəbi bəlli oldu – FOTO

Baxış sayı: 1. 026 dəfə baxılıb.

Nifrətin dərəcəsi: Tom Kruzun “Oskar” mərasiminə qatılmamasının əsl səbəbi
bəlli oldu – FOTO

60 yaşlı amerikalı aktyor Tom Kruz keçmiş həyat yoldaşı Nikol Kidmanı görmək
istəmədiyi üçün “Oskar” mükafatlarının təqdimetmə mərasimində iştirak etməyib.

Bu barədə “Daily Mail” öz mənbələrinə istinadla xəbər yayıb.

Bildirilir ki, hətta “Top Gun: Maverick” filminin altı mükafata namizəd olması
da Tom Kruzu tədbirə cəlb etməyib.

“Tom orada deyildi, çünki Nikol mərasimdə idi, o isə dava istəmirdi”, – deyə
mənbədən bildirilib.

Kruza yaxın mənbələr isə nəşrə bildiriblər ki, onun iştirak etməməsinin
səbəbləri “şəxsi” deyil, qrafiklə bağlı problemlərin nəticəsidir.

Xatırladaq ki, Kruz “Top Gun: Maverick”in dünya premyerasına helikopterlə
yollanıb. Bundan başqa, o, 2022-ci ildə ABŞ-nin
ən gəlirli filmlərindən birində dəstəyə görə tamaşaçılarına qeyri-adi təşəkkürü
ilə gündəm olub (Belə ki, o ürək sözlərini Cənubi Afrikada “Missiya: Mümkünsüz”
(“Mission: Impossible”) filminin çəkilişləri zamanıtəyyarədən sərbəst uçuş
zamanı çatdırıb).

Bu səbəbdən Kruzun gərgin iş qrafiki üzündən tədbirə qatılmaması ilə bağlı
deyilənlər tamaşaçıları inandırmayıb.

Qeyd edək ki, Kruz Kidmanla 2001-ci ildə 11 illik evlilikdən sonra “barışmaz
fikir ayrılıqları”nı əsas gətirərək boşanıb.

Yeri gəlmişkən 55 yaşlı aktrisa “Oskar” mükafatlandırma mərasiminə hazırkı
əri, musiqiçi Keyt Urbanla çıxıb.

Source link