4bf472ec-3106-4156-9fe1-643b0cc48fb8..jpg

Nigar Camal polisə verdiyi şikayət ərizəsini geri götürdü – FOTO

Baxış sayı: 482 dəfə baxılıb.

Nigar Camal polisə verdiyi şikayət ərizəsini geri götürdü – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Müğənni Nigar Camal adından açılmış saxta hesabla bağlı açıqlama verib.

Cixisyolu.com xəbər verir ki ifaçı bununla bağlı “Instagram” hesabında paylaşım edib.

O, hesab sahibindən şikayət etdiyini, daha sonra həmin şəxsi bağışladığını
bildirib.

“Bir müddət öncə adıma açılmış fanat hesabı ilə bağlı şikayət ünvanlamışdım.
Daxili İşlər Nazirliyi (DİN) və Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) məsələyə
operativ yanaşdı. Həmin şəxs qısa zamanda tapıldı. Lakin sözügedən şəxsin ailə
vəziyyətini və peşmanlığını nəzərə alaraq şikayətimi geri götürdüm və onu
bağışladım. DİN başda olmaqla, BŞBPİ-yə və bütün heyətə təşəkkürümü
bildirirəm”, – deyə müğənni vurğulayıb.

Qeyd edək ki, Elşən Məmmədov adlı şəxs “TikTok”da Nigar Camalın adından
fanatlarına mesaj yazıb, onlardan foto istəyib. Daha sonra isə onları şəkilləri
ilə şantaj edib, pul tələb edib.

Source link