Nigar Camal polis idarəsinə çağırıldı
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Müğənni Nigar Camal Bakı Şəhər Baş Polis İdarəsinə çağırılıb.
Cixisyolu.com xəbər verir ki, bu barədə müğənni öz şəxsi “Instagram” hesabında
məlumat paylaşıb.
“Bu gün ərizə vermək üçün Bakı Şəhər Baş Polis İdarəsinə çağırıldım. Bir neçə
gün öncə adımdan “TikTok” hesabı açıb, insanları şantaj edən şəxslə bağlı
şikayət ərizəmi yazdım. Məsələ artıq hüquq-mühafizə orqanlarının nəzarətindədir.
Daxili İşlər Nazirliyi başda olmaqla, məsələ ilə yaxından maraqlanan
polislərimizə, Bakı Şəhər Baş Polis İdarəsinə öz təşəkkürümü bildirirəm. Yekun
nəticə ilə bağlı yaxın günlərdə açıqlama verəcəyəm. Məsələni işıqlandıran bütün
media orqanlarına isə minnətdaram”.
Xatırladaq ki, müğənni Nigar Camala qarşı dələduzluq edilib. Elşad Eldar oğlu
Məmmədov adlı şəxs “TikTok”da sənətçinin adına saxta hesab açaraq onun
fanatlarına mesaj yazıb. Nigar Camalla pul qarşılığında görüşdürə biləcəyini
deyib.
Nəzrin Vahid