54551a1d-ea9e-45bf-b5cd-3b6ccbf524bd..jpg

Nigar Camalın adından DƏLƏDUZLUQ: DİN araşdırmalara başladı – YENİLƏNİB + FOTO

Baxış sayı: 411 dəfə baxılıb.

Nigar Camalın adından DƏLƏDUZLUQ: DİN araşdırmalara başladı – YENİLƏNİB + FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Daxili İşlər Nazirliyi (DİN) Müğənni Nigar Camala qarşı dələduzluq edilməsi
barədə açıqlama verib.

DİN-in Mətbuat Xidmətinin əməkdaşı, polis kapitanı Nurlan Əliyev Cixisyolu.com-ın
sorğusuna cavab olaraq bildirib ki, hazırda məsələ barədə araşdırma aparılır:

“Nəticəsi barədə məlumat veriləcək”.

09:58

Müğənni Nigar Camala qarşı dələduzluq edilib.

Cixisyolu.com xəbər verir ki, Elşad Eldar oğlu Məmmədov adlı şəxs “TikTok”da
sənətçinin adına saxta hesab açaraq onun fanatlarına mesaj yazıb.

O, pərəstişkarlarını Nigar Camalla pul qarşılığında görüşdürə biləcəyini deyib.

Nigarın sevənlərindən həm də şəklini istəyən Elşad Məmmədov daha sonra bu
şəkilləri yaymaqla onları şantaj edib.

Müğənni fanatlarını bu şəxsdən gələn mesajlara cavab yazmamağa səsləyib.

İlhamə Əbülfət

Source link