2ff553fe-8405-4443-b5c0-d28951b8e1a5..jpg

Nigar Camalın avtomobilinə yolda HÜCÜM ETDİLƏR – VİDEO

Baxış sayı: 938 dəfə baxılıb.

Nigar Camalın avtomobilinə yolda HÜCÜM ETDİLƏR – VİDEO

Azərbaycana 2011-ci ildə “Avroviziya” sevinci bəxş edən müğənni Nigar Camalın
avtomobilinə hücüm olub.

Cixisyolu.com-ın məlumatına görə, bu barədə müğənni sosial şəbəkə hesabında paylaşım
edib.

O, qeyd edib ki, avtomobili ilə yolla hərəkət etdiyi zaman digər nəqliyyat
vasitəsinin sürücüsü onun qarşısına keçib.

Daha sonra avtomobildən enən şəxs müğənninin avtomobilinə yaxınlaşaraq, ondan
pəncərəni açmağı tələb edib. Nigarın pəncərəni açmadığını görən şəxs onun
avtomobilinin yan hissəsinə zərbələr endirib, güzgünü sındırıb. Nigar isə
anbaan həmin hadisəni çəkərək sosial şəbəkədə yayımlayıb.

Həmin görüntüləri təqdim edirik:


Source link