2baf3532-36d4-475b-b91c-c794a5630dc8..jpg

Niger lideri Fransa hərbçilərinin ölkədəki terrorçuları məğlub edə bilmədiyini deyib

Baxış sayı: 558 dəfə baxılıb.

Niger lideri Fransa hərbçilərinin ölkədəki terrorçuları məğlub edə bilmədiyini
deyib

Nigerdə hakimiyyəti ələ keçirmiş hərbçilərin lideri Abdurahman Tçiani bildirib
ki, hazırda ölkəni tərk etməyə hazırlaşan Fransa hərbçiləri terrorizmin məğlub
olmasına nail ola bilməyiblər.

“Onların terrorizmə qalib gələ bilmədikləri bir yana, üstəlik terrorçuların
sayı daha da artıb”, – deyə Fransa mediası onun sözlərindən sitat gətirib.

Tçianinin sözlərinə görə, Niger hakimiyyəti hazırda Fransa hərbçilərinin
ölkədən çıxmasına hazırlaşır.

“Terrorla mübarizə aparmaq üçün ölkəmizdə olan fransızlar birtərəfli qaydada
bizimlə əməkdaşlığı dayandırdıqlarına görə onların Nigerdə qalma müddəti başa
çatır”, – deyə o, əlavə edib.

Tçiani qeyd edib ki, hərbçilər Nigerdə dövlət çevrilişini məhz hakimiyyət
orqanlarının ölkənin təhlükəsizlik məsələləri ilə bağlı onların fikrini nəzərə
almadıqları üçün həyata keçiriblər.

Xatırladaq ki, daha əvvəl Nigerin yeni hakimiyyətini qəbul etməyən Fransa
prezidenti Emmanuel Makron ilin sonuna qədər Fransa hərbi kontingentinin
(təxminən 1,5 min hərbçi) bu ölkəni tərk edəcəyini bildirib.

Mənbə: interfax.ru

Source link