Nigerdə müvəqqəti keçid hökuməti: “Fransa terror qruplaşmalarını dəstəkləyir”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Nigerin keçid hökumətinin başçısı, Vətənin Müdafiəsi üzrə Milli Şuranın sədri
Abdurahman Çiani Fransa hakimiyyətini ölkədəki terror qruplaşmalarını
dəstəkləməkdə ittiham edib.
O vurğulayıb ki, yanğını benzin tökməklə söndürmək olmaz.
“Terrorun atəşi Fransanın göstərdiyi yardım sayəsində alovlanır”, – deyə
Abdurahman Çiani bildirib.
Qeyd edək ki, Nigerin keçid hökuməti Fransanın müstəmləkəçi siyasətinə etiraz
edir, Parisi yeni neokolonializm metodlarını tətbiq etməkdə, Niger xalqının
sərvətlərini talan etməkdə günahlandırır.
Mənbə: TASS