e57538af-2b4e-463c-8757-e3a4dc067434..jpg

Nigeriya Çexiyanın baş nazirinin səfərini İsraillə bağlı mövqeyinə görə ləğv etdi

Baxış sayı: 1. 444 dəfə baxılıb.

Nigeriya Çexiyanın baş nazirinin səfərini İsraillə bağlı mövqeyinə görə ləğv
etdi
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Nigeriya Afrika turnesinə çıxan Çexiyanın baş naziri Petr Fialanın səfərini
Praqanın İsraillə bağlı mövqeyinə görə son anda ləğv edib.

Nigeriya tərəfi qərarını bazar ertəsi axşam elan edib.

Bildirilir ki, Fialanın səfərinin ləğv edilməsinə səbəb Çexiyanın BMT-də
İsrailə dəstəyi olub.

Qeyd edək ki, Baş nazir bir həftə davam edəcək Afrika turu çərçivəsində
Nigeriya, Efiopiya, Keniya, Qana və Kot-d’İvuara səfər etməli idi. Yeni şəraitə
görə nümayəndə heyətinin Keniyada daha uzun müddət qalacağı gözlənilir.

Mənbə: TASS

Source link