Nigeriyada məscidə hücum: 24 ölü

Nigeriyada məscidə hücum: 24 ölü

Baxış sayı: 2. 176 dəfə baxılıb.

Nigeriyanın şimal-şərqində yerləşən Mubi şəhərində terrorçular ardıcıl iki partlayış törədib.

ÇıxışYolu.Com BBC-yə istinadən xəbər verir ki, terror hücumu nəticəsində azı 24 nəfər həlak olub.

Terrorçu-kamikadzelərdən biri özünü məscidin içində partladıb, digəri isə yaxınlıqda yerləşən geyim dükanında partlayıcı kəmərini işə salıb. Ölənlərdən savayı onlarla insanın yaralandığı xəbər verilir.

Əsas şübhələr “Boko Haram” terrorçu qruplaşmasına yönəlib.

.
www.ÇıxışYolu.Com