Nigeriyada sülh missiyasına hücum: 16 hərbçi öldürüldü
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Nigeriyanın cənubunda iki icma arasında qarşıdurmalara son qoymaq məqsədi
daşıyan missiya zamanı dördü zabit olmaqla, 16 hərbçi həlak olub.
Bu barədə Nigeriya Silahlı Qüvvələrinin nümayəndəsi briqada generalı Tukura
Qusau məlumat verib.
“Delta əyalətinin Bomadi bölgəsində 181-ci Hava Desant Batalyonunun komandiri,
iki mayoru, bir kapitanı və 12 əsgəri öldürülüb. Onlar sülhməramlı missiyanın
tərkibində idilər”, – deyə o bildirib.
Qusau qeyd edib ki, hərbçilər mühasirəyə alınaraq öldürülüblər.
Hadisədən sonra bir neçə nəfər həbs edilib. Yerli hakimiyyət orqanları və
Müdafiə Nazirliyi insidentlə bağlı araşdırma aparır.
Mənbə: TASS