Nigeriyanın şimalında yanacaq daşıyan tankerin partlaması nəticəsində
ölənlərin sayı ən azı 140 nəfərə yüksəlib.
Cixisyolu.com xəbər verir ki, bu barədə “Agence France-Presse” yerli Fövqəladə Hallar
Departamentinə istinadən məlumat yayıb.
15:28
Nigeriyanın cənubundakı Jiqava əyalətində baş verən dəhşətli yanacaq tankeri
partlayışı ən azı 94 nəfərin həyatına son qoyub və 50 nəfəri yaralayıb.
Cixisyolu.com-ın məlumatına görə, bu barədə “CNN International” xəbər verib.
Məlumata görə, tanker qəzaya uğrayaraq aşıb və yanacaq ətrafa sızmağa
başlayıb. Yaxınlıqdakı kənd sakinləri pulsuz yanacaq əldə etmək məqsədilə
dərhal hadisə yerinə toplaşıblar. Lakin bu zaman gözlənilmədən güclü partlayış
baş verib və insanlar alov içində qalıblar.
Yaralılar təcili tibbi yardım maşınları ilə yaxınlıqdakı xəstəxanalara
çatdırılıblar. Ölənlərin sayının artacağı ehtimal olunur.
Hadisənin səbəbi barədə araşdırmalara başlanılıb.
sayı 140-a çatıb
Nigeriyada tankerin partlaması nəticəsində ölənlərin sayı 140-a çatıb