Nigeriyada toy karvanına hücum: Üç nəfər öldürüldü, 55 nəfər girov götürüldü
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Nigeriyada naməlum silahlı şəxslər toy kortejinə hücum edərək üç nəfəri
öldürüb, daha 55 nəfəri girov götürüblər.
Hadisə şahidlərinin sözlərinə görə, faciə ölkənin şimalındakı Katsina ştatının
Damari kəndi yaxınlığındakı yolda baş verib.
Toy mərasiminin qonaqları arasında yaralananlar da var.
Qeyd edək ki, Nigeriyada, xüsusən də bir neçə ekstremist qrupun fəaliyyət
göstərdiyi ölkənin şimalında mülki şəxslərə qarşı hücumlar mütəmadi olaraq baş
verir. 48 təşkilat və hərəkat federal hakimiyyət orqanlarını mövcud
təhlükəsizlik vəziyyəti ilə əlaqədar ölkədə fövqəladə vəziyyət elan etməyə
çağırıb.
Mənbə: TASS