Nigeriyada yaraqlıların hücumu zamanı azı 30 nəfər həlak olub

Baxış sayı: 1. 990 dəfə baxılıb.

Nigeriyada yaraqlıların hücumu zamanı azı 30 nəfər həlak olub

Nigeriyada “Boko Haram” terror qruplaşmasının hücumu zamanı onalarla insan öldürülüb.

Reuters” xəbər verir ki, hadisə Borno ştatında baş verib.

“Boko Haram” qruplaşmasının silahlıları motosikletlərlə kəndlərin birinə gələrək yasdan qayından şəxsləri atəşə tutublar.

Yerli polisin bildirdiyinə görə, 30-dan artıq insan pldürülüb, onlarla insan yaralanıb.

Qeyd edək ki, “Boko Haram” radikal qruplaşması Nigeriyanın şimal-şərqində və şimalında, eləcə qonşu Kamerun və Çadda fəaliyyət göstərir. Bu ərazilərdə son illər ərzində 27 mindən artıq adam yaraqlılarlın qurbanı olub.