Nigeriyanın Laqos şəhərində hüquq mühafizə orqanlarının keçirdiyi əməliyyat nəticəsində “uşaq fabrikindən” və iki qanunsuz kimsəsiz uşaqlar evindən 160-dan çox azyaşlı xilas edilib.
ÇıxışYolu.Com BBC-yə istinadən xəbər verir ki, qeyd olunan obyektlərdə saxlanılan uşaqların bir çoxu cinsi istismara məruz qalıb.
Xilas edilmiş uşaq və yeniyetmələrin dövlətin nəzarətində olan uşaq evlərinə yerləşdirildiyi bildirilir.
Nigeriyanın “uşaq fabriklərində” tibbi yardıma ehtiyacı olan analar müalicə müqabilində yeni doğulan körpələrini və ya azyaşlı uşaqlarını mütəşəkkil dəstəyə təhvil verir.
Bəzi hallarda isə bu “müəssisədə” saxlanılan qadınlar mütəmadi olaraq zorlanaraq, uşaq dünyaya gətirir.
Azyaşlıların bir hissəsi sonradan ağır əməyə cəlb olunur, bəziləri insan alveri məqsədi ilə Avropaya aparılır, qalanları isə müxtəlif “Vudu” ayinlərində edam edilir.