Nihat Kahveci və Andrey Arşavin də Bakıya gəlir

Baxış sayı: 4. 376 dəfə baxılıb.

UEFA Avropa Liqasının final matçı ilə əlaqədar Bakıya gələcək növbəti məşhur futbolçuların adı müəyyənləşib.

ÇıxışYolu.Com xəbər verir ki, Türkiyə və Rusiya milli komandasının sabiq hücumçuları – Nihat Kahveci və Andrey Arşavin də martın 3-də “Bakı 2019: Ulduzlar Finalı” adlı qarşılaşmada iştirak edəcək.

Daha öncə islandiyalı Eydur Qudyonsen, braziliyalı Deko, polşalı Yeji Dudek, gürcüstanlı Revaz Arveladze və qanalı Maykl Esyen kimi ulduzların Azərbaycan paytaxtına səfər edəcəyi dəqiqləşib. Vəli Qasımov və Nazim Süleymanov da həmin oyunun iştirakçısı olacaq. 

Bundan əlavə, həmin matçda Region Liqasında “Füzuli” komandasında çıxış edən qapıçı Şöhlət Rəhimov da olacaq. O, ötən mövsüm həmin liqada ən yaxşı qolkiper adına layiq görülüb. 

Qeyd edək ki, Avroliqanın final oyunu mayın 29-da Bakı Olimpiya Stadionunda təşkil olunacaq.