Niki Minajın boykot etdiyi konsertə Cenet Cekson çıxacaq

Niki Minajın boykot etdiyi konsertə Cenet Cekson çıxacaq

Baxış sayı: 2. 959 dəfə baxılıb.

Niki Minajın boykot etdiyi konsertə Cenet Cekson çıxacaq

Xəbər verdiyimizi kimi, iyulun 18-də Səudiyyə Ərəbistanının Ciddə şəhərində, Kral Abdulla İdman Stadionunda baş tutacaq festivalda Niki Minajın konserti ləvğ olunub.

ÇıxışYolu.Com xəbər verir ki, qalmaqallı olayın ardınca Səudiyyə Ərəbistanında keçiriləcək konsertlər çərçivəsində çıxış edəcək bir sıra dünyaşöhrətli ulduzların adları açıqlanıb.

Xarici KİV-də yayılan məlumatlara görə, Minajın yerinə ABŞ-ın məşhurları Cenet Cekson, 50 Sent ve Kris Braun solo konsert proqramı ilə çıxış edəcəklər.

Minajla yaşanan qalmaqal adı açıqlanan Cenet Ceksondan da yan keçməyib. Düzdü müğənninin konsertinə sevinənlər olsa da, bu hadisəyə qəzəblənənlərin sayı da az deyil.

Belə ki, məsələdən xəbər tutan sosial şəbəkə izləyiciləri “Twitter”də məşhur sənətçini tənqid atəşinə tutublar.

Bununla yanaşı, “Human Rights Foundation” təşkilatının üzvləri “Ayıb olsun sənə Cenet Cekson”, “Özünə və nəslinə hörmət et, konserti təxirə sal” kimi şərhlərlə dünya ulduzuna mesaj yollayıb.

Lakin yazılan bütün rəylərə baxmayaraq, Cenet Cakson konsertini Niki Minajdan fərqli olaraq, təxirə salmaq niyyətində deyil.

Qeyd edək ki, Nikinin konsertini ləvğ etməsinə səbəb “Human Rights Foundation” təşkilatından gələn məktub olub. Məktubu oxuyan qalmaqallı repçi “hüquqları pozulan LGBT üzvlərinə, mətbuata və qadınlara dəstək vermək səudiyyəli fanatlar önündə çıxış etməkdən daha önəmlidir” cavabı ilə “yanan ocağı daha da alovlandırıb”.

Belə ki, Minajın bir sıra Səudiyyə Ərəbistanlı fanatları bildiriblər ki, əgər Niki nə vaxtsa cürət edib Ərəbistana gələrsə, onu ölüm təhlükəsi gözləyir.

Rəşad Əliyev