00b6394b-f647-4548-8477-47d03640019c..jpg

Nikol Kidman uzun müddət sonra ilk dəfə imicində köklü dəyişiklik etdi – FOTO

Baxış sayı: 541 dəfə baxılıb.

Nikol Kidman uzun müddət sonra ilk dəfə imicində köklü dəyişiklik etdi – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Hollivud ulduzu Nikol Kidman uzun müddət sonra ilk dəfə imicində köklü
dəyişikliyi ilə gündəm olub.

O, bununla bağlı özünün sosial şəbəkə hesabında paylaşım edib.

Fotolarda 56 yaşlı Nikol Kidmanın yeni saç düzümü ilə görünüb. Kadrlardan
görünür ki, o, saçlarını qısaltmaqla yanaşı, açıq sarı rəngə boyatdırıb.

Pərəstişkarları aktrisadakı dəyişikliyi bəyəniblər və yeni saç düzümünü indiyə
kimi olanların ən yaxşısı adlandırıblar.

Qeyd edək ki, Hollivud ulduzu ötən həftə “Elle” jurnalının yeni sayının siması
olub. Məşhur fotoqraf Mario Sorrentinin obyektivində aktrisa bir neçə geyimi
sınayıb, onlardan bəzilər isə olduqca açıq-saçıqlığı ilə seçilib. Kadrlarda
Kidman uzun və tünd rəngli saçlardadır.

Mənbə: Gazeta.ru

Source link