Yerevan polisi müxalifət lideri Nikol Paşinyanı azadlığa buraxıb.
ÇıxışYolu.Com Ermənistan mətbuatına istinadla xəbər verir ki, bununla bağlı qərar Paşinyanın baş nazirin birinci müavini Karen Karapetyanla görüşündən sonra verilib.
“Bizim mövqeyimiz dəyişməyib. Dünən axşam saatlarında Respublika meydanında mitinq oldu. Mən hazırkı vəziyyətlə tanış olmalıyam. Bundan sonra qərar qəbul ediləcək”, – Paşinyan deyib.
O qeyd edib ki, həbsdə olan bütün tərəfdarları azadlığa buraxılmalıdır.
Paşinyan Karapetyanla görüşdə əldə etdiyi razılıqları mitinqdə açıqlayacağını bildirib.
Paşinyanla yanaşı, parlamentin digər iki deputatı – Ararat Mirzoyan və Sasun Mikayelyan da azad edilib.
Əli Məmmədov
www.ÇıxışYolu.Com