Nikol Paşinyan Ermənistan universitetlərindəki təhsili tənqid edib
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Respublikada beynəlxalq standartlara cavab verən bir dənə də olsun – nə
erməni, nə beynəlxalq, nə də özəl universitet var”.
Bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan bildirib.
“Biz universitetlərin beynəlxalq standartlara uyğun lisenziyalaşdırılmasını və
akkreditasiyasını elan etsək, Ermənistanda istisnasız olaraq bütün
universitetlər bağlanmalı olar”, – deyə baş nazir hökumətin iclasında
vurğulayıb.
Onun sözlərinə görə, bu səbəbdən gənclər beynəlxalq meyarlara cavab verən
təhsil almaq imkanından məhrum olurlar. Baş nazir əlavə edib ki, Ermənistanın
yalnız bir neçə universiteti əcnəbi tələbələri cəlb edir.
O xatırladıb ki, hökumət ortamüddətli perspektivdə ölkənin bütün
universitetlərini planlaşdırılan Akademik Şəhərciyə köçürmək niyyətindədir və
2030-cu ilə qədər təhsilin inkişafı strategiyasına əsasən, respublikada səkkizə
qədər dövlət universiteti fəaliyyət göstərməlidir.
Mənbə: Sputnik Ermənistan