ada66503-1e7f-4173-b446-cb41c3097463..jpg

Nikol Paşinyan: Kiçik insanın böyük kompleksləri – ŞƏRH + FOTO

Baxış sayı: 516 dəfə baxılıb.

Nikol Paşinyan: Kiçik insanın böyük kompleksləri – ŞƏRH + FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ermənistanın baş naziri Nikol Paşinyan hakimiyyətə gəldiyi gündən qeyri-adi
hərəkətləri, çılğın danışığı və nitqi, bir-birini təkzib edən açıqlamaları ilə
daha çox tanınıb. Parlament və hökumət iclaslarında qeyri-adekvat hərəkətləri
ilə müxalifətin tənqid hədəfinə tuş gələn baş nazir xarici səfərlərdə də etdiyi
müəyyən, bəzən də qeyri-etik hərəkətləri, baxışları və davranışları ilə də
dünya KİV-lərinin gülüş mərkəzinə düşməyi bacarıb. Nikol əslində jurnalistika
və bloqerlikdən hakimiyyətə gəldiyini desə də, İrəvan Dövlət Universitetinin
jurnalistika fakültəsindən də məzun ola bilməyib. 1995-ci ildə universitet
rəhbərliyini tənqid etdiyi üçün məzun olmağa az müddət qalmış rektorun əmri ilə
ali təhsil müəssisəsindən qovulub. Natamam ali təhsil, psixoloji problemlər,
ögey ana himayəsində böyümək təbii ki, “siyasətçi”nin psixologiyasına ciddi
təsir edib. Bu səbəbdən də “Vətəndaş müqaviləsi” partiyasının sədri bir sıra
görüşlərdə natamamlıq kompleksindən əziyyət çəkdiyini müxtəlif hərəkətlərlə
büruzə verir.

Elə bu yaxınlarda Armavir regionuna səfər edən baş nazir Üçkilsə şəhərinə
baxış keçirdiyi ibtidai məktəbdə nöqsanlar aşkar edib, Lori rayonunun Medovka
kəndindəki məktəbdə yerli idarəçilərə əsəbiləşib. Baş verənlər isə Paşinyanın
səfərini işıqlandıran kameralara düşüb və kadrlardan da məlum olur ki, baş
nazirin ciddi kompleksləri var.

Regiona səfəri zamanı Paşinyan özünü bütün peşələrin ən güclü bilicisi kimi
təqdim edir: tikinti, təhsil, müxtəlif elm sahələri, mədəniyyət, idman və s.
kimi sahələrdə özünün analoqu olmayan obrazını canlandırır. Nə gölməçə, nə
asılqan, nə basketbol səbəti, bir sözlə, heç bir detal onun iti və peşəkar
gözlərindən yayınmır. O, iti gözlə baxır, fərqinə varır, əsəbiləşir, şiddətlə
qışqırır. Onu müşayiət edənlər isə boynunu büküb qulaq asır, ünvanlanan
təhqirləri isə heyranlıqla dinləyirlər. Çünki Paşinyana qarşı çıxmaq, həm
vəzifəsi, həm də əmlakı ilə vidalaşmaq mənasına gəlir.

Hətta “Aykakan Jamanak” qəzetinin redaktoru olduğu dövrdə də jurnalistlər
arasında Nikolun vicdansızlığı, pula olan sevgisi, qeybətə meylli şəxs olması
barədə kifayət qədər neqativ fikirlər dolaşırdı. 2008-ci ildən özünü Levon
Ter-Petrosyanın bir nömrəli fanatı kimi göstərən Paşinyan Qarabağ ermənilərini
təhqir edir, onlara qarşı aqressiv münasibət sərgiləyirdi. Sonradan isə fikrini
dəyişən redaktor “Böyük çaşqınlıq” adı altında silsilə məqalələr yazmağa, guya
Ter-Petrosyan dəstəsini tərk etdiyini bildirməyə başladı. O, bununla da
kifayətlənmir və Qarabağ probleminin həlli məsələsində erməni siyasi elitasında
ortaya atılan birtərəfli ərazi güzəştlərinə qarşı çıxışlar etməyə başladı.
Əslində isə Nikolun planı sadə idi, gələcəkdə hakimiyyətə gəlmək üçün zəmin
yaratmaq, hamını aldatmaq və yalan danışmaq. Bunu elə 2019-cu ildə Xankəndi
şəhərində “Qarabağ Ermənistandır və nöqtə” açıqlaması, 2020-ci il
müharibəsindən sonra Qarabağı Azərbaycanın ayrılmaz bir hissəsi kimi tanıyan
bəyanatları da sübut edir. Dərd orasındadır ki, ciddi kompleksləri olan baş
nazirin özünü təkzib edən bəyanatları təkcə bu deyil. Bir tərəfdən gah
Azərbaycanla sülhün vacibliyindən danışır, digər tərəfdən də isə Azərbaycanı
işğalçılıqda ittiham edir. Artıq dünya siyasəti də Paşinyanın bu tip
açıqlamalarına alışıb. Bunlar isə ciddi komplekslərdən xəbər verir.

Keçmiş jurnalist hakimiyyətə gəldikdən sonra kiçiklik sindromundan əziyyət
çəkdiyini tez-tez büruzə verməyə başlayıb. Məsələn, hakimiyyətin ilk ilində
gömrük əməkdaşını ictimaiyyət qarşısında alçaldıb. Onu bayrağa hörmətsizlikdə
ittiham edərək, sürücüsünün əmisi oğlunu “Noraqavit” gömrük məntəqəsində yüksək
vəzifəyə təyin edib (2019-cu il). Başqalarını alçaltmaq basına özünü təsdiq
etməyin ilk addımı da elə bu dövrdən başladı. Bu isə “siyasətçi”nin kiçik
düşüncə tərzini, qəddarlığını və komplekslərini ortaya qoyur. Sonralar bu iş
tərzi xalqı alçaltmaq hesabına məqsədyönlü şəkildə davam etdi. Əvvəlcədən
hazırlanmış şəxslər görüşdə ona yaxınlaşır, yaltaqlanır. Hətta regionlara
səfərlərdən birində yaşlı bir qadın əyilərək onun ayağını öpüb. Bu isə
özünütəsdiqin başqa forması sayılır. Qarabağa qeyri-qanuni səfəri zamanı isə
bir qadın baş nazirin maşının arxasınca su ataraq, “bizi tək qoyma” deyib.
Bütün bu tamaşaların “qəhrəmanları” olan qocalar, cavanlar, uşaqlar isə bu
rolları müvafiq qonorar hesabına ifa ediblər. Bunu erməni müxalifəti və bir
sıra siyasətçilər etiraf etməkdən belə çəkinmirlər.

Bir faktı da vurğulamaq lazımdır ki, Paşinyanın heç bir yaxın dostu, tanışı
yoxdur. O, bütün partiyadaşlarına, nazirlərə, icra başçılarına rəiyyəti kimi
yanaşır. Adıçəkilən vəzifəlilərin hər biri şəxsi otaqlarında onun portretini
asmalı, vəzifədən uzaqlaşdırılsalar da, onu görən kimi ayağa qalxmalı, xalq
arasında ona təşəkkür etməlidirlər. Bütün bunlar məhz onun istəyidir və xüsusi
adamları tərəfindən həyata keçirilir.

Baş nazir özünütəsdiq üçün opponentlərini təhqir etməyə, aşağılamağa çalışır,
tabeliyində olan hüquq-mühafizə orqanlarına tapşırır ki, bu şəxslərə qarşı
cinayət işləri hazırlansın, ittihamlar irəli sürülsün. Qeyd etmək yerinə düşər
ki, bu məsələdə Paşinyan bir sıra uğurlara imza atıb. Ermənistan həbsxanalarına
doldurulan siyasi məhbusların siyahısını nəzərdən keçirəndə bu qənaətə gəlmək
mümkündür. Məsələn, “Mülki müqavilə”nin üzvü Sergey Baqratyanın oğlunun həbsi,
keçmiş ədliyyə naziri Qriqor Minasyan, Gorus meri Aruş Aruşanyan və Kaçaran
meri Manvel Paramazyanın da həbsini bu sıraya daxil etmək olar.

Bütün bunlardan çıxan nəticə odur ki, natamamlıq kompleksindən əziyyət çəkən,
digərlərini alçaldaraq özünü təsdiq etməyə çalışan, heç bir ülvi dəyəri və
dostu olmayan şəxs hazırda Ermənistana rəhbərlik edir.

“Report” İnformasiya Agentliyi

Source link