c2cf71cb-c999-4531-b638-deb776594aff..jpg

Nikol Şerzinger Bakıda səhnəyə çıxacaq

Baxış sayı: 413 dəfə baxılıb.

Nikol Şerzinger Bakıda səhnəyə çıxacaq
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Məşhur pop/R&B müğənnisi, “The Pussycat Dolls” qrupunun vokalisti Nikol
Şerzinger iyulun 23-dən 28-dək “Sea Breeze Resort”da keçiriləcək “Dream Fest
2024” Beynəlxalq Musiqi Festivalında iştirak edəcək.

ABŞ-li super ulduz musiqi əfsanəsi Devid Foster və dostları ilə eyni səhnədə
çıxış edəcək.

Qeyd edək ki, iyulun 27-də festivalın səhnəsində 16 dəfə “Qremmi” mükafatı
laureatı, kanadalı müğənni, musiqi tarixinin ən uğurlu prodüserlərindən biri
Devid Fosterin konserti olacaq.

Nəzərinizə çatdıraq ki, Azərbaycanın xalq artisti Emin Ağalarovun ən son
ingilisdilli albomuna N.Şerzingerlə olan duet də daxildir. Onlar əfsanəvi Elvis
Preslinin “Love me tender” hitinin yeni versiyasını birgə ifa ediblər.

Source link