Fransada ölkənin keçmiş prezidenti Nikola Sarkozi saxlanılıb.
ÇıxışYolu.Com xəbər verir ki, bu barədə “Monde” qəzetində məlumat yayılıb.
“Bizdə olan məlumata görə, sabiq prezident Nanterdə polis nəzarətinə götürülüb. Liviyanın 2007-ci il prezident seçkilərini maliyyələşdirməsi iddiaları üzrə işin araşdırılması ilə bağlı polis bölməsinə aparılıb.” deyə məlumatda qeyd olunur.
Xatırladaq ki, 2012-ci ildə “Mediapart” nəşri Qəddafi rejiminin Sarkozinin seçkiqabağı kampaniyasını maliyyələşdirmək məqsədilə Fransaya 50 milyon avro göndərdiyi haqqinda sənədləri dərc etmişdi.
Bu qalmaqalla bağlı məhkəmə araşdırması altı ilə yaxındır ki, davam edir.