Nikolas Keyc kino karyerasını bitirməyi planlaşdırır
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Aktyor Nikolas Keyc daha üç-dörd filmdə rol almağı və daha sonra kino
karyerasını bitirməyi planlaşdırır. O, gələcəkdə diqqətini televiziyaya
yönəltmək və ailəsinə daha çox vaxt ayırmaq niyyətindədir.
“Mən hiss edirəm ki, 45 illik işimdən – 100-dən çox filmdə rol aldıqdan sonra
artıq kino sahəsində öz sözümü demişəm. Mən peşəmi yüksək notda bitirmək
istərdim”, – deyə aktyor bildirib.
Keyc qeyd edib ki, o, alim rolunu oynadığı və tənqidçilərin rəğbətini qazanmış
“Yuxu ssenarisi” fantastik komediyasının son filmi olmasını istəyir, lakin
yerinə yetirməli olduğu başqa müqavilələri də var.
Xatırladaq ki, N.Keyc 1980-ci illərin əvvəllərində filmlərdə rol almağa
başlayıb, ilk dəfə isə “Fast times at Ridgemont High” (Ricmont Hayda qayğısız
zaman) yeniyetmə komediyasında böyük ekranda görünüb.
Mənbə: octagon.media