Ukrayna polisləri ölkənin Nikolayev vilayətinin bazarlarında Ukrayna ərazisində yaşamaq üçün sənədləri olmayan üç Azərbaycan vətəndaşı tapıblar.
ÇıxışYolu.Com xəbər verir ki, polislər Nikolayevin iki rayonunda miqrasiya qanunvericiliyinə əməl olunduğunu yoxlamaq məqsədilə “Miqrant” əməliyyatı keçiriblər.
Bildirilir ki, azərbaycanlılar Ukrayna miqrasiya xidmətinin Nikolayev vilayəti üzrə nümayəndələrinə təhvil verilib və inzibati məsuliyyətə cəlb olunublar.
Saxlanılanlar Ukrayna ərazisindən deportasiya olunacaq. Onları həmçinin 1700 qriven (61 manat) cərimələyiblər.