“Nikosayağı” apellyasiya şikayəti verəcək? – AÇIQLAMA
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Nikosayağı” ləqəbi ilə tanınan bloqer Nicat Şakirlinin cinayət işi üzrə
məhkəmə prosesi başa çatıb. Məhkəmənin hökmü ilə Nicat Şakirli cəzasını məntəqə
tipli cəzaçəkmə müəssisəsində çəkməklə 5 il müddətinə azadlıqdanməhrum edilib
Bloqerin atası, tanınmış nevropatoloq Nafiz Mütəllimov AzVision.az-a
açıqlamasında məhkəmənin oğlu ilə bağlı ədalətli qərar verdiyini deyib:
“Dövlətin qəbul etdiyi qanunlar çərçivəsində məhkəmə qərar qəbul edib. Bu
qərarla da razıyıq və apellyasiya şikayəti verilməyəcək. Nicat məhkəmənin
qərarı əsasında cəzasını çəkəcək”.
Qeyd edək ki, ötən ilin avqustunda N.Şakirlinin idarə etdiyi “Porsche” markalı
avtomobil yük maşınına (TIR) çırpılıb. Qəza nəticəsində avtomobildə olan
bloqerin dostu Ruslan Məmmədov vəfat edib. Nicat Şakirlinin sağ qolu dirsəkdən
amputasiya olunub.