“Nikosayağı” bəraət ala bilər? – Hüquqşünas RƏYİ + FOTO/VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Baş verən hadisə ağır cinayətlər kateqoriyasındandır. Şəxsə, əsasən,
azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur”.
Bu sözləri Cixisyolu.com-a açıqlamasında hüquqşünas Əliməmməd Nuriyev sosial
şəbəkələrdə “Nikosayağı” adı ilə tanınan bloqer Nicat Şakirlinin ağır qəza
törətdikdən sonra hansı cinayət məsuliyyətinə cəlb olunacağı ilə bağlı
danışarkən deyib.
Hüquqşünas ekspertiza rəyinin vacibliyini qeyd edib:
“Hadisə ilə bağlı zəruri olaraq istintaq tədbirləri davam edir. İstintaq
tədbirləri başa çatandan sonra iş məhkəməyə göndəriləcək. Çox güman ki,
ekspertizalarla bağlı yubanma var. Ekspertizaların təyin olunması vaxt alan bir
məsələdir. Ola bilər ki, işə yenidən baxılsın. Təkrar ekspertizalar təyin
edilsin. Əvvəlcədən fikir söyləmək də düzgün olmaz”.
Ə.Nuriyev istintaq müddəti ilə bağlı gecikmələrin olmadığını dilə gətirib:
“Hər bir cinayət işinin istintaq müddəti də qanunvericilik tərəfindən təyin
edilir. Orada müddətlərlə bağlı gecikmələr olmur. İstintaq müddəti aşılmayıb.
Hadisədə ölüm halı var. Bütün bunlarla bağlı ekspertiza rəyi vacibdir.
Hadisənin baş verməsində adıçəkilən şəxs ağır vəziyyətdə idi. Xəstəxanada
olduğu müddətdə ifadə verə bilməzdi. İfadələrin alınması da vaxt aparıb.
Hadisədən dörd aya yaxın vaxt keçib. Bu səbəblərə görə istintaq hələ yubana
bilər. Cinayət Məcəlləsinin 263.1 və 263.2 maddələrinin əlamətləri görünür.
Şəxsin içkili olub-olmaması da sual altındadır. 263.1 maddəsinin sanksiyasında
azadlıqdan məhrumetmə var. Əlavə olaraq, şəxs sürücülük hüququndan da məhrum
edilməlidir. Günahkarın kim olduğunu istintaq müəyyənləşdirə bilər. Məhkəmə də
qərar verəcəkdir”.
Əliməmməd Nuriyev əlavə edib ki, ölən şəxsin yaxınlarının şikayətçi olmaması
da şəxsə cəza təyin edilərkən nəzərə alınan mühüm amildir:
“Şəxsə bəraət də verilə bilər. Ölən şəxsin ailəsinin şikayətçi olmaması cəza
təyin edilərkən nəzərə alınan mühüm faktordur. Cəza daha yüngül ola bilər.
İstintaq müddətində şəxs ölkədən çıxa bilməz. Yəqin ki, şəxsin başqa yerə
getməməsi təyin olunub. Onu ya həbs, ya digər cəza gözləyir. Həbsin yox, digər
cəzanın seçiləcəyi görünür”.
Xatırladaq ki, sosial şəbəkələrdə “Nikosayağı” adı ilə tanınan bloqer Nicat
Şakirli avqustun 15-də Bakıda qəzaya düşüb. Hadisə Heydər Əliyev prospektində
qeydə alınıb. N.Şakirli idarə etdiyi “Porsche” markalı avtomobili ilə TIR-a
çırpılıb. Qəza nəticəsində bir nəfər ölüb, ağır bədən xəsarətləri alan bloqer
isə xəstəxanaya aparılıb. Hadisə ilə bağlıcinayət işi
Nicat Şakirli sentyabrın 10-da xəstəxanadan evə buraxılıb. Onun barəsində
istintaq tədbirləri davam edir.
Nəzrin Vahid