09509eac-3e38-4188-bf82-6a4a76bc1117..jpg

“Nikosayağı”nın qabırğaları da sınıbmış: TƏBİB son durumunu açıqladı – VİDEO

Baxış sayı: 458 dəfə baxılıb.

“Nikosayağı”nın qabırğaları da sınıbmış: TƏBİB son durumunu açıqladı – VİDEO

“Bloqer Nicat Şakirlinin vəziyyəti stabil olaraq qalır”.

Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Cixisyolu.com-ın
yol-nəqliyyat hadisəsində qolunu itirən bloqerin vəziyyəti ilə bağlı sorğusuna
cavab olaraq bildirilib.

“Sağ yuxarı ətrafın dirsəkdən amputasiyası diaqnozu ilə ağır vəziyyətdə
reanimasiya şöbəsinə yerləşdirilən xəstə Nicat Şakirlinin vəziyyəti stabil
olaraq qalır. Müayinələr zamanı xəstədə sağ və solda birinci qabırğaların
sınığı da aşkar olunub. Hazırda dinamik müşahidə və müalicəsi davam etdirilir”.

Xatırladaq ki, sosial şəbəkələrdə “Nikosayağı” adı ilə tanınan bloqer Nicat
Şakirli qəzaya düşüb. Hadisə Heydər Əliyev prospektində qeydə alınıb. N.Şakirli
idarə etdiyi “Porsche” markalı avtomobili ilə TIR-a çırpılıb. Qəza nəticəsində
bir nəfər ölüb, ağır bədən xəsarətləri alan bloqer isə xəstəxanaya aparılıb.

Nəzrin Vahid


Source link